əmlakagenti

İstifadə şərtləri

Bu şərtlər əmlakagenti platformasında yaradılan saytlara aiddir.

Hesab

Qeydiyyat zamanı verdiyiniz məlumatlar düzgün olmalıdır. Hesabınızın şifrəsini başqası ilə paylaşmayın. Hesabınızda edilən dəyişikliklərə görə siz cavabdehsiniz.

Elanlar

Saytınızda yerləşdirdiyiniz elanların, şəkillərin və nömrələrin doğruluğuna görə siz cavabdehsiniz. Ev sahibinin nömrəsini yalnız onun razılığı ilə göstərin. Saxta, yanıltıcı və ya qanuna zidd elanlar xəbərdarlıqsız silinə bilər.

Pulsuz plan

Pulsuz planda bir sayt və eyni anda ən çox 10 elan saxlaya bilərsiniz. Planların şərtləri dəyişərsə, sizə əvvəlcədən xəbər veriləcək.

Ünvan

Seçdiyiniz subdomen sizin hesabınıza bağlıdır. Hesab silinəndə ünvan və sayt da silinir.

Məxfilik

Saytınıza gələn müraciətlər yalnız sizin panelinizdə görünür. Məlumatlarınızı üçüncü tərəflərə satmırıq.